Rusiya sərhədçiləri Yapon dənizində brokonyerliklə məşğul olan Şimali Koreyanın 64 vətəndaşını saxlayıb.

Milli.Az qafqazinfo-ya itinadən xəbər verir ki, insident zamanı sərhədçilər silah tətbiq etməli olublar. Nəticədə, KXDR-in 5 vətəndaşı yaralanıb və onlara tibbi yardım göstərilib.

Qanun pozanlar əlavə araşdırma və prosessual qərar vermək üçün Naxodka limanına təslim ediliblər.

Ümumilikdə, altı tona yaxın qanunsuz əldə edilən kalamar, 600 kq-dan çox xərçəng, üç köpək balığı aşkar edilib.

Brakonyerlərdən dəniz məhsulları və balıq ovu vasitələri götürülüb.

Milli.Az