Porsche 911 qiymətinə Honda S2000 satılır - FOTO

Porsche 911 qiymətinə Honda S2000 satılır - FOTO
23:32 3 Oktyabr 2019
Ölkə mətbuatı
A- A+

Günlərin bir günü biri bazarda toyuq satana yaxınlaşıb toyuğun qiyməti ilə maraqlanır. Satıcı toyuğun birinin 1000 manat satıldığını bildirir. Alıcı bahalığın səbəbini soruşanda, satıcı - "pula ehtiyacım var", - deyə cavab verir. Bunu eBay onlayn-hərracında Honda S2000 modelini satan şəxsə də şamil etmək olar. Qardaşın 100% pula ehtiyacı var, yoxsa bir neçə müddət satmağa çalışdığı avtomobili yenidən iki dəfə baha qiymətə hərraca çıxarmazdı.

Milli.Az autograph.az-a istinadən bildirir ki, avtomobilin sahibi odometrində 135 km yürüyüşü olan yapon rodsteri üçün 99 min dollar tələb edir. Xatırladaq ki, ABŞ-da Porsche 911 Carrera modelinin satış qiyməti 91,1 min dollar təşkil edir. Haqqına söyləmək lazımdır ki, satışa çıxarılmış avtomobil ideal vəziyyətdədir. Üstəlik, bu günə qədər avtomobil qeydiyyata düşməyib. Berlina Black rənginə boyanmış kuzova malik olan rodsterin salon tərtibatı da qara rəngdədir. Satışa çıxarılmış Honda S2000 rodsterinin təchizatına ksenon fənərlər, kondisioner, baqaj qapağının elektik ötürməsi, kruzi-kontrol və səkkiz dinamikli multimedia sistemi daxildir.

Rodster 241 at qüvvəsi və 206 Nm fırlanma anı hasil edən 2,0-litrlik dördsilindrli mühərrik və 6-pilləli mexaniki qutu ilə təchiz edilib. Bundan başqa, avtomobil arxa oxda quraşdırılmış yüksək sürtünməli differensiala malikdir. Rodster 100 km/saat həddini 6,1 saniyəyə toplayır və 240 km/saat maksimal sürətə malikdir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/790296.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR