Zaur Kamal "5/5"in dünənki buraxlışına ölkənin sosial şəbəkələrdə ən tanınmış cütlüklərini dəvət edib.

Milli.Az xəbər verir ki, aparıcı studiyaya dəvət etdiyi Əli və Aypara cütlüyünü tanımayıb.

Zaur verilişinə gələn şəxsin kim olduğunu biləndə ŞOKA DÜŞDÜ: 2 il qabaq... - FOTO

Əli "Biz 2 ildir evliyik. Bizim toyumuzda siz də orada idiniz. Toy 2017-ci il sentyabrın 22-də olub" məlumatını verib. Zaur qonağının sözündən təəccüblənərək "Mən aparmışam toyu? A..., heç xatırlamıram. Doğrudan?" ifadələrini işlədib.

Əli verilişin digər qonağı Təranə-Musa cütlüyünün də toyda olduğunu qeyd edib. Müğənni Təranə Zaura "Mən sənə xatırladaram" deyib.

Məhəmməd Vaqif
Milli.Az