Azərbaycanda qızıl və gümüş bahalaşıb.
Metbuat.az -ın məlumatına görə, oktyabrın 4-də qızılın qiyməti oktyabrın 3-ü ilə müqayisədə 16,2775 manat artaraq 1 unsiya üçün 2563,5235 manat təşkil edib.
Gümüş 0,028 manat bahalaşaraq 1 unsiya üçün 29,9009 manata bərabər olub.
Trend-ə görə, platinin qiyməti 1,5895 manat azalaraq 1505,4775 manat, palladiumun qiyməti 54,74 manat azalaraq 2819,824 manat təşkil edib.
Qeyd edək ki, troy unsiyası 31,1034768 qrama bərabər ölçü vahididir. (trend.az)