Bolqarıstanın 8 bölgəsində güclü yağış səbəbindən "narıncı" təhlükə səviyyəsi elan olunub. Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Meteorologiya və Hidrologiya İnstitutu xəbər verir. Xəbərdarlıq Kırdjalı, Xaskovo, Yambol, Burqas, Sliven, Şumen, Varna, Plovdiv bölgələri üçün nəzərdə tutulub. Burada yağış və tufan gözlənilir.

Qeyd edək ki, artıq bir neçə aydır ki, Bolqarıstan qeyri-sabit hava şəraiti ilə üzləşir. Milli Meteorologiya və Hidrologiya İnstitutu bununla bağlı bir neçə bəyanat yayıb.

Milli.Az