Afinada rəsmi səfərdə olan ABŞ-ın dövlət katibi Maykl Pompeo, şənbə günü Yunanıstan hakimiyyəti ilə ABŞ lideri Donald Tramp və Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis arasında görüşün keçirilməsi haqda müzakirə aparıblar.

Milli.Az Trend-ə istinadən bildirir ki, diplomat bu barədə Yunanıstan Dövlət Televiziyasına müsahibəsində məlumat verib.

Tramp və Mitsotakis arasındakı görüşü müzakirə edib etmədiyini soruşduqda, Pompeo vurğulayıb: "Bəli, bunu müzakirə etdik." "Hələ bir şey təsdiq edə bilmərəm, amma əlbətdə bu barədə danışdıq. Hər iki liderin daha əvvəl danışmaq imkanı var idi və əminəm ki, dialoqu davam etdirəcəklər" deyə dövlət katibi qeyd edib.

Milli.Az