İraqda etiraz aksiyaları zamanı ölənlərin sayı 113 nəfərə çatıb
Paylaş
·109 baxış·1 dəq oxu
İraqda oktyabrın 1-dən davam edən xalq etirazları nəticəsində ölənlərin sayı 113 nəfərə çatıb. "Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə yerli VAİD informasiya agentliyini bildirib. Tibbi mənbələrə istinadən yayılan xəbərdə qeyd edilir ki, aksiyalar zamanı 4100-dən çox insan xəsarət alıb.