Dünyanın sirli məkanları - Heyvanları daşa döndərən göl - FOTO

Dünyanın sirli məkanları - Heyvanları daşa döndərən göl - FOTO
23:12 6 Oktyabr 2019
Ölkə mətbuatı
A- A+

Avropaya getmək, Amerika gəzintisinə çıxmaq, Afrikanı kəşf etmək demək olar ki bir çoxlarının xəyalıdır. Görmədiyimiz yeni yerləri görmək, fərqli adət ənənələri kəşf etmək bəzən ifadəolunmazdır. Lakin dünyada elə yerlər var ki, sirrlərini bu günə kimi qoruyub saxlayıb.

Milli.Az ölkə.az-a istinadən sirli məkanlarının siyahısını təqdim edir:

1 Natron gölü-Tanzaniyada yerləşən bu gölün tərkibində miqdardan artıq alkoloid olduğu üçün həmin suya yaxınlaşan heyvanlar daşa dönür.

2 Nöqtəli göl- Kanada da yerləşən bu gölün 365 çuxuru var. Üstəlik hər bir çuxurda fərqli xəstəliklərə çarə olan ayrı-ayrı mineral maddələr var.

3 Sualtı park-Avstraliyada yerləşən sualtı parkı qışda park, yayda dağlarda qar əriməsi nəticəsində göl olur.

4 Qitələri ayıran çat-İslandiyada yerləşən Silfra yarığı gölü Şimali Amerika ilə Avrasiyanı bir-birindən ayırır. 

5 Kano kristalları-Kolumbiyada yerləşən bu göl yay aylarında bitki örtüyünə görə qırmızı rəngə boyanır. Bu şəlalə yer kürəsində görülməsi vacib olan yerlərdən biridir. 

6 Qan tökülmələri-Antarktidada bitmək bilməyən bəyaz qarların və suların rəngini qırmızıya boyayan ərazi. Belə ki, ərazidə dəmirin miqdarı çox olduğuna görə bu yerlər qırmızı rəngə boyanaraq qan tökülməsi mənzərəsini yaradır. 

7 Rhone və Arve kanalı-İsveçirədə yerləşən iki gölün palçıqlı və aydın suyu heç vaxt bir-birinə qarışmır. 

8 Çəhrayı sahil-Bahama adalarında yerləşən bu sahil mərcanlar və minerallar səbəbi ilə çəhrayı rəngdədir.

9 Buz mağarası-Alyaskada yerləşən bu mağaranın necə yaranmasının sirri bilinmir. Mağarada yerləşən buzlarda mavinin bütün tonları hakimdir. 

10 Yeddi div dağları-Rusiyada yerləşən bu dağın necə yaranması məlum olmasa da yeddi dağın, yeddi güclü insanı simvolizə etdiyi rəvayət edilir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/790579.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR