İqtisadiyyat və sənaye naziri Neftçalada vətəndaşları qəbul edib - FOTO

İqtisadiyyat və sənaye naziri Neftçalada vətəndaşları qəbul edib - FOTO
15:02 16 Yanvar 2015
152 Digər
Ölkə mətbuatı
A- A+

[ 16 Yanvar 2015 14:56 ]


Neftçala. Əlibəy Zeynallı - APA. Bu gün iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Neftçalada vətəndaş qəbulu keçirib.

 

APA-nın Mil-Muğan bürosunun verdiyi xəbərə görə, Heydər Əliyev Mərkəzində təşkil olunmuş qəbulda Salyan, Neftçala və Biləsuvar rayonlarından olan 50-ə yaxın vətəndaş iştirak eib.

 

Vətəndaşlar əsasən istehsal və emal sahələrinin yaradılması, sahibkarlıq fəaliyyətinin təşkilinə dəstək göstərilməsi, güzəştli kreditlərin verilməsi, yaşayış məntəqəsinin qazlaşdırılması, kənd yollarının tikintisi, elektrik xətlərinin yenilənməsi, sosial və s. məsələlərlə bağlı müraciət edib.

 

Müraciətlər diqqətlə dinlənilib, Ş. Mustafayev nazirliyin səlahiyyətlərinə aid məsələlərin həlli üçün aidiyyəti struktur bölmələrin rəhbərlərinə müvafiq tapşırıqlar verib. Bir sıra müraciətlər yerindəcə həllini tapıb, digərləri Nazirliyin aidiyyəti struktur bölmələri tərəfindən qanunvericiliyə uyğun operativ araşdırılaraq, müvafiq tədbirlər görüləcək.

 

Nazirliyin səlahiyyətlərinə aid olmayan məsələlər barədə isə vətəndaşlara ətraflı izahat verilmiş, icra vəziyyəti nəzarətdə saxlanılmaqla həll olunması üçün aidiyyəti strukturlara çatdırılacağı bildirilib.

 

Qəbula gələn sahibkarların bir sıra təklifləri müzakirə edilmiş, əkinçilik, heyvandarlıq, çörəkbişirmə, balıqçılıq, mebel istehsalı və s. sahələr üzrə investisiya layihələrinin maliyyələşdirilməsi barədə müvafiq göstərişlər verilib.

 

Qəbul günü birbaşa müraciət edən vətəndaşlar da Ş. Mustafayev tərəfindən qəbul edilən, hər bir vətəndaşın müraciətinə diqqətlə yanaşılıb, müraciətlərin operativ həlli üçün qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb.

 

Qeyd edək ki, ötən il Ş. Mustafayevin 11 vətəndaş qəbulu keçirilib, qəbullarda 700-dən çox vətəndaş müraciət edib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR