Bakı, 14 may, AZƏRTAC
AZƏRTAC xəbər verir ki, Azərbaycan Stolüstü Tennis Federasiyasının (ASTF) təşəbbüsü ilə “Şüa” İdman Sağlamlıq Kompleksində böyüklər arasında stolüstü tennis üzrə “TOP–12” reytinq turniri start götürüb.
Turnirin keçirilməsi ən güclü tennisçiləri üzə çıxarmaq və idmanın bu növünün ölkəmizdə təbliğinə kömək etmək məqsədi daşıyır. Yarışlar fərdi xarakter daşıyır və beynəlxalq qaydalara müvafiq aparılır. Qaliblər ASTF-nin diplomları ilə mükafatlandırılacaqlar.