Bakıda bədii gimnastika üzrə bölgələrarası kubokunun qaliblərinin mükafatlandırılma mərasimi keçirilib - FOTO

Bakıda bədii gimnastika üzrə bölgələrarası kubokunun qaliblərinin mükafatlandırılma mərasimi keçirilib - FOTO
16:17 13 Oktyabr 2019
31 İdman
Ölkə mətbuatı
A- A+

Bu gün Bakıda Milli Gimnastika Arenasında "balacalar" yaş kateqoriyasında (2009-2011-ci il təvəllüdlü) gimnastlar arasında fərdi çoxnövçülükdə (alətsiz və gürzlərlə hərəktərlərdə) bədii gimnastika üzrə 6-cı bölgələrarası kubokunun qalibləri və mükafatçılarının mükafatlandırılma mərasimi keçirilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, 2011-ci il təvəllüdlü gimnastlar arasında İlknur Hacıyeva (Zaqatala) birinci, Röya Əlikişiyeva ("Zirvə International" klubu) ikinci, Həvva Əbdürəhmanova (Zaqatala) üçüncü yeri tutublar.

2010-cu il təvəllüdlü gimnastlar arasında Sevil Hüseynli ("Zirvə International" klubu) qızıl, Seda Hacızadə (Mingəçevir) gümüş, Zəhra Əlizadə (Şirvan) bürünc medal qazanıblar.

2009-cu il təvəllüdlü gimnastlar arasında Yasəmən Nəsirova (Mingəçevir) ən yaxşı nəticə göstərib, Dəniz Əsgərova ("Zirvə International" klubu) ikinci, Ayan Əlizadə (Sumqayıt) isə üçüncü yeri tutublar.

Qeyd edək ki, oktyabrın 10-da bədii gimnastika üzrə 26-cı Azərbaycan və Bakı birinciliyi, 6-cı bölgələrarası kubok və aerobika gimnastikası üzrə 5-ci ölkə birinciliyi və paytaxt çempionatına start verilib.

Dördgünlük yarışda gimnastlar "gənclər", "yeniyetmələr", "uşaqlar" və "balacalar" yaş qruplarında medallar uğrunda mübarizə aparacaqlar.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/793935.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR