Zaqatalanın “Simurq” komandası Almaniyanın “Duysburq” kollektivinə məğlub olub

15:38 16 Yanvar 2015
104 İdman
Ölkə mətbuatı
A- A+


Bakı, 16 yanvar, AzərTAc
Türkiyədə təlim-məşq toplanışında olan Zaqatalanın “Simurq” futbol komandası növbəti yoxlama oyununa çıxıb.
AzərTAc xəbər verir ki, baş məşqçi Georgi Çixradzenin komandası ikinci yoxlama oyununda Almaniyanın 3-cü Bundesliqasında çıxış edən “Duysburq” ilə qarşılaşıb.
Oyun Almaniya təmsilçisinin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb. Zaqatala təmsilçisinin heyətində Samir Zərgərov fərqlənib.
Qeyd edək ki, “Simurq” ilk yoxlama oyununda Qazaxıstanın “Şaxtyor” komandasına 3:1 hesabı ilə qalib gəlmişdi.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Zaqatalanin_Simurq_komandasi_Almaniyanin_Duysburq_kollektivine_meglub_olub-825297

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR