Nazir: "Əmək bazarında elektron monitorinq və auditin təmin edilməsi üzərində iş aparılır"

Nazir: "Əmək bazarında elektron monitorinq və auditin təmin edilməsi üzərində iş aparılır"
13:27 14 Oktyabr 2019
76 Digər
Ölkə mətbuatı
A- A+

"Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin (DƏMX) apardığı yoxlamaların elektronlaşdırılması, müvafiq fəaliyyət dairələrinə uyğun olaraq audit üçün kriteriyaların müəyyən edilməsi sahəsində işlər aparılır". 
"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib.
O bildirib ki, DƏMX tərəfindən əmək bazarında elektron monitorinq və auditin təmin edilməsi üzərində iş aparılır: "Səyyar yoxlamaların inzibati icraat praktikası da təkmilləşdiriləcək. Hər hansı əlavə bürokratik yükün olmaması və sahibkarların incidilməməsi üçün bu daha vacibdir".
Qeyd edək ki, sahibkarlıq subyektlərində yoxlamaların dayandırılması ilə bağlı elan edilmiş monitorinq müddəti 2021-ci ilin sonuna qədərdir. 

Xəbərin orijinal ünvanı: https://report.az/sosial-mudafie/nazir-emek-bazarinda-elektron-monitorinq-ve-auditin-temin-edilmesi-uzerinde-is-aparilir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR