"Dünyanın ən bahalı ətirlərindən istifadə edirəm. Mazut iyi gələnin yanında da oturmaram"

"Dünyanın ən bahalı ətirlərindən istifadə edirəm. Mazut iyi gələnin yanında da oturmaram"
13:52 14 Oktyabr 2019
140 Şou
Ölkə mətbuatı
A- A+

Saç əkimi məndə də olub, heç də peşman deyiləm. Elə bir insan yoxdur ki, saçları tökülsün və kompleks keçirməsin. Bu səhnə gözəllik, yaraşıq, qamət tələb edir. Çirkin insan yoxdur, gərək özünə baxasan. Belə bir deyim var: "Kişidən mazut iyi gələr". Bununla razılaşmıram. Kişidən niyə mazut iyi gəlməlidir? Dünyanın ən bahalı ətirlərindən istifadə edirəm. Mazut iyi gələnin yanında da oturmaram.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Vasif Məhərrəmli "Ay Zaur" proqramında qonaq olarkən deyib. O, verilişdə səhnənin gözəllik tələb etdiyini bildirib. Bundan əlavə, sənətçi qeyd edib ki, indi pul xərcləmək çox çətindir:

"Pulu qazanmaq çətindir, xərcləmək daha çətindir. Çox pul qazananın rəzil olduqlarını görmüşəm. Danışanda gözümün qarşısına gəlir. 15-20 pullu oğlan indi qəpiyə güllə atır. Çünki zamanında ağıllla xərcləməyiblər".

Həmçinin, Vasif ailəsinə maddi yardım göstərdiyini söyləyib: "Bir övlad imkanı çatırsa, zamanında valideynini sevindirməlidir. Allah onun əvəzini min qat verir. Anam Qazaxda yaşayır. Gün ərzində bir dəfə əlaqə saxlayıram. Qardaşım da Qazaxda yaşayır. 6 uşağıq, hamısı da həyatdadır. Özümdən qabaq onları yerbəyer etmişəm. Qazaxdakı evimdən qabaq böyük qardaşımın mənzilini təmir etdirmişəm. Qardaşım oğluna toy etdirmişəm. Gücüm nəyə çatırsa, onu da edirəm".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/showbiz/794073.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR