Türk Şurasının fəxri sədri Nursultan Nazarbayev Azərbaycana gəlib

Türk Şurasının fəxri sədri Nursultan Nazarbayev Azərbaycana gəlib
17:12 14 Oktyabr 2019
37 Digər
Ölkə mətbuatı
A- A+

Qazaxıstan Respublikasının birinci Prezidenti, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının fəxri sədri Nursultan Nazarbayev Şuranın VII Zirvə Görüşündə iştirak etmək üçün oktyabrın 14-də Azərbaycan Respublikasına səfərə gəlib.
"Report" AZƏRTAC-a istinadla xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Nursultan Nazarbayevi hava limanında Azərbaycan Respublikası Baş Nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşılayıblar.


Xəbərin orijinal ünvanı: https://report.az/xarici-siyaset/turk-surasinin-fexri-sedri-nursultan-nazarbayev-azerbaycana-gelib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR