Özbəkistan Prezidenti: "Azərbaycanın ərazi bütövlüyü çox mühümdür"

Özbəkistan Prezidenti: "Azərbaycanın ərazi bütövlüyü çox mühümdür"
20:52 14 Oktyabr 2019
87 Digər
Ölkə mətbuatı
A- A+

"Azərbaycanın ərazi bütövlüyü çox mühümdür".
"Report" xəbər verir ki, bunu Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev oktyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə görüşdə deyib.
"Başlıcası, Siz Özbəkistanın həmişə - əvvəllər də, indi də Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bilirsiniz və Siz buna əmin olmalısınız. Bu, bizim səmimi arzumuzdur. Çünki Azərbaycanın ərazi bütövlüyü çox mühümdür. Hər şey sülh yolu ilə olmalıdır, Birləşmiş Millətlər Təşkilatının bütün qərarları yerinə yetirilməlidir. İlham Heydər oğlu, biz bunu həmişə dəstəkləmişik və gələcəkdə də mütləq dəstəkləyəcəyik. Çünki bu, bizim qardaş Azərbaycanla bağlı niyyətimizdir", - deyə o qeyd edib.

Xəbərin orijinal ünvanı: https://report.az/xarici-siyaset/ozbekistan-prezidenti-azerbaycanin-erazi-butovluyu-cox-muhumdur

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR