Bakı. 14 may. REPORT.AZ/ Azərbaycanda arıçılığın daha da inkişaf etdirilməsi məqsədilə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) tərəfindən “Azərbaycanda arıçılıq sahəsində məhsuldarlığın artırılması vasitəsilə kənd əhalisinin yaşayışının yaxşılaşdırılması” layihəsinin həyata keçirilməsinə başlanılıb.
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən "Report"a daxil olan məlumata görə, layihənin başlanğıc seminarı sabah keçiriləcək. Seminarda layihənin həyata keçirilməsi və nəticələri, arıçılıqda seleksiya-damazlıq işlərinin yaxşılaşdırılması, arıçılığın inkişafı ilə bağlı Türkiyə və dünya təcrübəsi mövzusunda məsələlər müzakirə olunacaq.
Seminarda Kənd Təsərrüfatı Nazirliyinin məsul işçiləri, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının baş texniki eksperti Rainer Krell, layihənin beynəlxalq məsləhətçisi Əhməd İnci, TİKA-nın Proqram koordinatoru Mustafa Polat, arıçılıq üzrə alim və mütəxəssislər, qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edəcək.