Kolumbiyada 81 yaşlı qadın hava limanında polis tərəfindən saxlanılıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, qadın əlil arabasında 17 kiloqram kokain keçirməyə çalışıb.

Qeyd olunur ki, o, İspaniyanın paytaxtı Madirdə yaxınlarını görməyə getdiyini deyib.

Polisin məlumatına əsasən, bu hal Kolumbiyada 2019-cu ildə pensiya yaşına çatmış şəxslərin narkotik daşıması ilə bağlı saxlanıldığı 3-cü faktdır.

Milli.Az