Azercell: Şəbəkədə yaranmış problemi aradan qaldırmaq üçün işlər aparırıq

Azercell: Şəbəkədə yaranmış problemi aradan qaldırmaq üçün işlər aparırıq
12:37 16 Oktyabr 2019
128 Digər
Ölkə mətbuatı
A- A+

"Bakı şəhərinin bəzi ərazilərində xidmətlərin istifadəsi ilə əlaqədar yaranmış çətinliklərin aradan qaldırılması üçün təcili tədbirlər görülməkdədir". 
Bunu "Azercell"in şəbəkəsində yaranmış problemlə bağlı "Report"un sorğusuna cavab olaraq "Azercell Telecom" MMC-dən bildirilib.
Qurumun açıqlamasında deyilir ki, qısa müddət ərzində bu istiqamətdə normal fəaliyyət bərpa ediləcək.
Xatırladaq ki, bu gün səhər saatlarından etibarən "Azercell"in şəbəkəsində problem yaranıb. Belə ki, mobil operatorun abunəçilər zəng və internet xidmətlərindən istifadə edə bilmirlər.

Xəbərin orijinal ünvanı: https://report.az/i-kt/azercell-problemi-aradan-qaldirmaq-ucun-isler-apaririq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR