ABŞ-nin Nyu-York şəhərində “Sotheby’s” hərrac evində nadir nanotiранnус skeleti 47,3 milyon dollara alıcı tapıb. “Codi” ləqəbi verilən eksponatın ilkin olaraq 6-9 milyon dollar arasında qiymətə satılacağı gözlənilirdi.

Metbuat.az xəbər verir ki, hərrac evinin məlumatına görə, alıcı kimliyinin açıqlanmasını istəməyib.

Təxminən 2,9 metr hündürlüyü və 6 metr uzunluğu olan skelet elmə məlum üç nanotiранnус nümunəsindən biridir. Təxminən 70 faizi qorunub saxlanılan qalıqlar 2019-cu ildə ABŞ-nin Montana ştatındakı fermalardan birində aşkarlanıb.

Eksponatın axtarışı və qazıntısı “Dino Hunters” adlı sənədli serialın çəkilişlərinə də əsas verib. Bununla belə, bəzi alimlər əhəmiyyətli paleontoloji tapıntıların şəxsi kolleksiyalara satılmasına qarşı çıxaraq onların muzeylərdə saxlanılmasının vacibliyini vurğulayırlar.

Ötən il dərc olunan araşdırma nanotiранnусun tirannozavrın kiçik forması deyil, ayrıca dinozavr cinsi olduğunu təsdiqləyib.

Xatırladaq ki, bu ilin iyulunda “Qus” ləqəbli tirannozavr skeleti 50,1 milyon dollara satılaraq hərraca çıxarılan ən bahalı dinozavr qalığı olub. Bundan əvvəl rekord 2024-cü ildə 45 milyon dollara yaxın qiymətə satılan “Apeks” adlı steqozavr skeletinə məxsus idi.