Shinshan - Red Bull Dance Your Style tarixində ilk Dünya çempionu

Shinshan - Red Bull Dance Your Style tarixində ilk Dünya çempionu
19:42 16 Oktyabr 2019
Ölkə mətbuatı
A- A+

Beynəlxalq küçə rəqsləri yarışması Red Bull Dance Your Style öz tarixində ilk dəfə dünya çempionunu seçdi. Bu, hollandiyalı Shinshan oldu.

Milli.Az xəbər verir ki, 12 oktyabr, Parisdə baş tutmuş Red Bull Dance Your Style Dünya finalında Shinshan, bütün dünyadan seçilmiş 16 ən yaxşı küçə rəqqasına qalib gələrək, birinci yerə çıxdı.

Tarixi La Grande Halle de la Villette-də keçirilən Red Bull Dance Your Style Dünya finalı, bir il ərzində 29 ölkədə keçirilmiş 65 tədbirdən ibarət rəqs mübarizələrinin kulminasiya nöqtəsi oldu. Red Bull Dance Your Style ilk dəfə olaraq unikal bir səs vermə üsulundan istifadə etdi; münsiflər rolunda olan tamaşaçılar, qırmızı və ya mavi rəngi seçərək səs verib rəqs meydançasının "qalibini" müəyyən ediblər.

Bir çox milli müsabiqələrdən keçərək, 32 ölkənin qalibləri Dünya finalından öncə də 2 mübarizədə iştirak edərək, 8-nəfərlik dəvət olunmuş heyətə qoşulublar.

Dünya finalı səhnəsində iştirak edən, 16 ən yaxşı rəqqaslar sırasına daxildir:

DELANOTCHÉ (Belçika);
Mavinga (Belçika)
Lment (Kuba)
Jaja (Çex Respublikası)
Kriss (Çex Respublikası)
Blondy (Fransa)
Mel's (Fransa)
Salah (Fransa)
Tonini (İtaliya)

MAiKA (Yaponiya)
Bogdan the Flava (Qazaxstan);
Vovan (Rusiya);
Tebza (Cənubi Afrika); 
Angyil (ABŞ); 
Kofi (Birləşmiş Krallıq).

Dance Your Style Dünya finalında Azərbaycanı Rayman təmsil edib. O, ilk yarımfinalda Kofi ilə mübarizəsində məğlub oldu. Lakin çıxışı çox möhtəşəm idi və o, Azərbaycanı belə bir beynəlxalq yarışmada təmsil etdiyi üçün fəxr edir. Dünya finalından sonra Rayman ilə kiçik bir müsahibə etdik. O, çox həvəslidir və ideya, fikirlərini Azərbaycanın bütün rəqqasları ilə bölüşmək istəyir. O, həmçinin, burada küçə rəqsləri mədəniyyətinin inkişaf edəcəyinə və gec ya tez bizim rəqqasların da adlarının bütün dünyada tanınacağına ümid edir. "Red Bull Dance Your Style-da iştirak mənim üçün çox böyük bir təcrübədir. Çox yeniliklər öyrəndim və öyrəndiklərimi digərləri ilə bölüşərək, çox böyük nailiyyətlər qazana bilərik."

ÇEMPİONUNUZLA TANIŞ OLUN: SHINSHAN

Shinshan, 17 yaşında "Holland's Got Talent" yarışmasındakı qalibiyyətindən sonra tanındı. Ən dəlisov, unikal və tanınmış rəqs üslubu ilə yanaşı, çeviklik və musiqi tərzi ilə də diqqət çəkən Shinshan öz üslubunu "Kuba ilanı" ilə müqayisə edir. "Mən plastikəm, eyni zamanda da ritmik və statikəm. "Mən daim musiqi dinləyirəm, cazdan hip-hopa qədər, latından fanka, klassik musiqiyə və ağır roka qədər, janrından asılı olmayaraq" - Shinshan deyir. "Daha vacib amil isə musiqinin sənə bəxş etdiyi atmosfer, emosiyalar və hekayədir."

Shinshan Parisdə Red Bull Dance Your Style tarixində ilk qalibiyyət haqqında bu sözləri deyir: "Mənim üçün bu inanılmazdır. Mənim hələ 17 yaşım var. Belə bir qalibiyyət - mənim üçün xəyaldır. Red Bull Dance Your Style, çox dəlisov bir yarışma oldu, bir çox ölkədən yeni rəqqaslar var idi. Çox xoşuma gəldi!"

Daha çox şəkil üçün linkə keçid edin: https://www.redbullcontentpool.com/search?q=shinshan 

Ətraflı məlumat üçün linkə keçid edin: www.redbulldanceyourstyle.com 

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/794801.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR