Zəvvarları daşıyan avtobus yük maşını ilə toqquşub: 36 ölü, 4 yaralı

Zəvvarları daşıyan avtobus yük maşını ilə toqquşub: 36 ölü, 4 yaralı
07:57 17 Oktyabr 2019
121 Dünya
Ölkə mətbuatı
A- A+

Səudiyyə Ərəbistanında zəvvarları daşıyan avtobus yük maşını ilə toqquşub.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Səudiyyə Ərəbistanının Səhiyyə Nazirliyindən bildiriblər.

Nazirliyin məlumatına əsasən, qəza nəticəsində 36 zəvvar həlak olub, 4 nəfər isə xəsarət alıb. Lakin polis hələki 35 nəfərin ölümünü təsdiq edib.

Bildirilir ki, qəza Məkkə ilə Mədinə arasında avtomobil yolunda baş verib. Avtobusda Səudiyyə Ərəbistanında yaşayan Asiya və Yaxın Şərq ölkələrinin vətəndaşları olub.

Qəzadan sonra avtobus alışıb. Avtobusda 40 nəfər olub. Xəsarət alan 4 nəfər xəstəxanaya yerləşdirilib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/794886.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR