PKK tərəfdarları Almaniyanın türk əslli vətəndaşını bıçaqlayıblar

PKK tərəfdarları Almaniyanın türk əslli vətəndaşını bıçaqlayıblar
08:37 17 Oktyabr 2019
100 Digər
Ölkə mətbuatı
A- A+

PKK terror təşkilatının tərəfdarları Almaniyanın türk əslli vətəndaşını bıçaqlayıblar.
"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, hadisə Lyudenşayd şəhərində baş verib.
Bildirilir ki, hadisə PKK tərəfdarlarının Türkiyənin "Barış pınarı" antiterror əməliyyatına qarşı etiraz aksiyası zamanı baş verib.
Terror təşkilatının tərəfdarları türk mənşəli AFR vətəndaşının kürək nahiyəsinə bıçaq xəsarəti yetiriblər. Əlli yaşlı şəxs xəstəxanaya yerləşdirilib. Yerli polisin nümayəndəsi bildirib ki, onun vəziyyəti ağırdır.
Polis nümayəndəsinin sözlərinə görə, hüquq-mühafizə orqanları hadisə ilə bağlı araşdırma aparır. 

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/pkk-terefdarlari-almaniyanin-turk-eslli-vetendasini-bicaqlayiblar

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR