Saxta pul kəsənlər bankomatları aldatmaq üçün yeni üsul fikirləşiblər

Saxta pul kəsənlər bankomatları aldatmaq üçün yeni üsul fikirləşiblər
15:12 17 Oktyabr 2019
83 Ölkə
Ölkə mətbuatı
A- A+

Rusiya Baş Prokurorluğu saxta pul kəsənlərin yeni metodu ilə bağlı məlumat yayıb.

Milli.Az bizimyol.info-ya istinadən xəbər verir ki, burada onların bankomatların süzgəcindən necə rahat keçməsi haqda danışılır.
 
Saxta pul kəsənlər bankomatları aldatmaq üçün yeni üsul fikirləşib. Rusiya Baş Prokurorluğunun məlumatına görə, qanunu pozanlar əsginasların üzərinə xüsusi lent yapışdırır. Bu halda bankomat gerçək pulu saxtasından ayıra bilmir. Beləcə, minlərlə dolları rəsmiləşdirirlər. Sonra rahatca başqa bankomatdan kart hesabındakı məbləği əsl əsginaslarla çıxarmaq olar.

Nəzarət palatasının əməkdaşı Yelena Malıkın dediyinə görə, bu yolla Rusiya bank sektoruna böyük zərbə vurulur. Təkcə keçən il yeni üsulla 154 milyon rubl (təxminən 2,5 milyon dollar) nağdlaşdırılıb.

Rusiya Mərkəzi Bankı isə bu qədər narahat deyil. Bankdan deyirlər ki, son bir ildə saxta pulların dövriyyəsi 15 faiz azalıb. Pul kəsənlər daha çox böyük əsginaslara üstünlük verirlər.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/794953.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR