Bolqarıstan Futbol İttifaqının müvəqqəti prezidenti bəlli olub, baş məşqçinin istefası qəbul olunub

Bolqarıstan Futbol İttifaqının müvəqqəti prezidenti bəlli olub, baş məşqçinin istefası qəbul olunub
20:37 18 Oktyabr 2019
74 Digər
Ölkə mətbuatı
A- A+

Bolqarıstan Futbol İttifaqının (BFS) müvəqqəti prezidenti müəyyənləşib.
"Report"un məlumatına görə, İcraiyyə Komitəsinin iclasından sonra sabiq prezident Borislav Mixaylovun köməkçisi Mixail Kasabov bu vəzifəyə təyin olunub. İcraiyyə Komitəsi həmçinin əsas milli komandanın baş məşqçisi Krasimir Balakovun da istefasını qəbul edib. 
Kasabov yaxın vaxtlarda komandaya yeni baş məşqçinin təyin edəcək və qurumun növbədənkənar qurultayının tarixini açıqlayacaq. 
Qeyd edək ki, Bolqarıstan Futbol İttifaqının prezidenti İngiltərəyə uduzduqları (0:6) AVRO-2020-nin seçmə mərhələ matçında yaşananlardan sonra istefa verib. Həmin görüşdə bolqarıstanlı azarkeşlər irqçi davranışları ilə yadda qalıb. UEFA məsələ ilə bağlı intizam işi açıb. Bolqarıstan polisi stadionda hadisənin günahkarlarını axtarmaqda davam edir. Məsələ ilə bağlı 16 nəfər inzibati və cinayət məsuliyyətinə cəlb edilib. 
Xatırladaq ki, AVRO-2020-nin seçmə mərhələsində A qrupunda yer alan Bolqarıstan yığması seçmə mərhələdə 7 oyundan sonra 3 xalla sonuncu-beşinci pillədə qərarlaşıb.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/bolqaristan-futbol-i-ttifaqinin-muveqqeti-prezidenti-belli-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR