Paris, 15 may, AZƏRTAC.
Mayın 14-də Konqo Demokratik Respublikasında ( KDR ) 23 mülki şəxs uqandalı qiyamçılar tərəfindən qətlə yetirilib. Bu barədə ölkənin daxili işlər nazirliyinin rəsmisi məlumat yayıb.
Məlumatda bildirilir ki, ölkənin Beni şəhərinin 20 kilometr şimalında yerləşən Mbau yaşayış qəsəbəsinin 23 dinc sakini Uqanda Demokartik Müsəlman Birliyinin qiyamçı dəstəsi tərəfindən amansızlıqla qətlə yetirilib.
Polis rəsmisi qonşu ölkədə fəaliyyət göstərən qiyamçıların sərhədə yaxın əraziərdə yaşayan əhalini qorxu içərisində saxladıqlarını, KDR sərhədlərini vaxtaşırı keçərək yerli sakinləri qətlə yetirdiklərini qeyd edib.
Konqo polisinin qiyamçılara qarşı geniş əməliyyat aparmağa hazırlaşdığı bildirilib.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Paris