“Bakı Fond Birjası” QSC-nin depozitar və klirinq fəaliyyətləri üzrə lisenziyaları ləğv edilib

16:13 16 Yanvar 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 16 yanvar, AzərTAc
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən “Bakı Fond Birjası” QSC-nin depozitar və klirinq fəaliyyətləri üzrə lisenziyaları ləğv edilib.
Komitədən AzərTAc-a bildirilib ki, ötən ilin sentyabr ayından dövlət qiymətli kağızların saxlanılması və bağlanılmış əqdlər üzrə klirinq və hesablaşmalar üzrə xidmətlərin göstərilməsi “Bakı Fond Birjası” QSC-dən “Milli Depozit Mərkəzi” QSC-yə keçirilib. Belə ki, qiymətli kağızların depozitar-uçot sistemi, o cümlədən qiymətli kağızlar və onlar üzərində hüquqların qeydiyyatı mexanizmlərinin təkmilləşdirilməsi məqsədilə Milli Depozit Mərkəzinin bazasında dövlət və korporativ qiymətli kağızların mərkəzi depozitar sistemi yaradılıb. Nəticədə qiymətli kağızlarla ticarətin səmərəliliyinin artırılması və risklərin azaldılması məqsədilə qiymətli kağızların ticarəti üzrə mərkəzləşdirilmiş klirinq sisteminin yaradılması və onun elektron ödəniş sistemlərinə inteqrasiyası təmin edilib. Hazırda qiymətli kağızlar bazarında 14 broker fəaliyyəti, 14 diler fəaliyyəti, 2 qiymətli kağız sahiblərinin reyestrinin aparılması, 2 depozitar, 1 fond birjası və 1 klirinq fəaliyyəti, aktivlərin idarə olunması üzrə 3 təşkilatın xüsusi razılıqları (lisenziyalar) qüvvədədir.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Baki_Fond_Birjasi_QSC_nin_depozitar_ve_klirinq_fealiyyetleri_uzre_lisenziyalari_legv_edilib-825312

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR