Sakit okeanda, Samoa sahillərində 6 bal gücündə zəlzələ baş verib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, yeraltı təkanların episentri Qataivai şəhərindən 136 kilometr cənub-qərbdə, ocağı isə 89,1 kilometr dərinlikdə yerləşib.

Zəlzələ nəticəsində xəsarət alan və dağıntılar barədə məlumat verilməyib. Sunami təhlükəsi elan edilməyib.

Milli.Az