Britaniyalı analitik: Taxıl bazarına investisiyalar heç vaxt olmadığı qədər cəlbedicidir

Britaniyalı analitik: Taxıl bazarına investisiyalar heç vaxt olmadığı qədər cəlbedicidir
18:43 23 Oktyabr 2019
Ölkə mətbuatı
A- A+

Bakı. Eldar Canaşvili - Trend:

Dünya iqtisadiyyatındakı qeyri-sabit vəziyyət fonunda taxıl bazarına investisiyalar heç vaxt olmadığı qədər cəlbedicidir.

Trend-in məlumatına görə, bunu Bakıda Beynəlxalq Taxılçılıq Forumunda britaniyalı analitik Tomas Hoqton deyib.

O bildirib ki, investorlar dünya bazarlarında risklərə diqqət ayırmağa başlayıb və bu, onları iqtisadiyyatın stabil sektorlarına cəlb edir:

“Bəlkə də aqrar-sənaye kompleksi investisiya üçün ən yaxşı sahə deyil, amma hazırda bu sektor neft bazarından daha stabildir”.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/business/3137787.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR