Bakıda qadını vurub hadisə yerindən qaçan şəxs saxlanılıb

Bakıda qadını vurub hadisə yerindən qaçan şəxs saxlanılıb
14:52 24 Oktyabr 2019
76 Digər
Ölkə mətbuatı
A- A+

Bakıda qadını vurub hadisə yerindən qaçan şəxs saxlanılıb.
Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Belə ki, oktyabrın 22-də saat 13 radələrində Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsi ərazisində müəyyən edilməyən avtomobillə yolu keçən qəsəbə sakini G.Kazımova vurulub.
Piyadaya xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.
Suraxanı Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən “Ford” markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini R.Yusifova saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/bakida-qadini-vurub-hadise-yerinden-qacan-sexs-saxlanilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı