Azərbaycanda arvadının gizli telefonunu tapan ər gördüklərindən

Ceyhun adlı Neftçala sakini həyat yoldaşının onu dostu ilə aldatdığını üzə çıxarıb.

Metbuat.az xəbər verir ki, birinci qrup əlil olan ər arvadının xəyanətindən Space TV-də yayımlanan "Gəl dərdini danış" proqramında danışıb.

Ceyhun həyat yoldaşının ondan gizli işlətdiyi telefonu təsadüfən tapdığını, telefondakı foto və videoları görərkən şoka düşdüyünü bildirib. Həyat yoldaşı onu yaxın dostu ilə aldadırmış.

Xəyanətlə üz-üzə qalmış ər kənddə biabır olduğunu, tək istəyinin arvadının kənddən çıxıb getməsi olduğunu deyib: "Mən kənddə gəzə bilmirəm. Hamı arvadımın bu hərəkətindən danışır. O, çıxsın getsin kənddən. Ən pis isə ondan keçən ayda boşansam da hələ də mənim evimdə rahat qalır".

Verilişdə qadının və sevgilisinin birgə çəkilmiş mehriban fotoları nümayiş olunub.

(Baku.ws)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR