17:15
Rusiyada hərbi hissədə xidmət yoldaşlarını güllələyən şəxs tutulub.
Milli.Az APA-ya istinadən bildirir ki, Rusiya Müdafiə Nazirliyinin yaydığı açıqlamada bildirilir ki, 8 nəfərin həlak olması ilə nəticələnən insidenti törədən hərbçi saxlanılıb, atışma nəticəsində yaralanan şəxslər isə hospitala yerləşdirilib. Yaralılara lazmı tibbi yardım göstərilib, həyatlarına təhlükə yoxdur.
Qeyd edək ki, Rusiyanın Zabaykalye diyarında hərbi hissələrdən birində əsgər hərbçi yoldaşlarına xidməti silahından atəş açıb, nəticədə 8 nəfər həlak olub, iki nəfər yaralanıb.
---------
16:57
Rusiyanın Zabaykalye diyarında hərbi hissələrin birində atışma olub.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, müddətli hərbi xidmət keçən bir əsgər öz xidmət yoldaşlarına atəş açıb.
Hadisə nəticəsində 7 nəfər həlak olub, daha iki nəfər yaralanıb. İnsident qarovulun dəyişməsi zamanı baş verib.
Hazırda hadisənin təfərrüatları ilə bağlı araşdırma aparılır.
Milli.Az