Futzal millimiz bu gün Slovakiya ilə qarşılaşacaq

Bu gün futzal üzrə Azərbaycan milli komandası dünya çempionatının əsas seçmə mərhələsinin III qrupunda son oyununa çıxacaq.

Metbuat.az xəbər verir ki, "Report"un məlumatına görə, Joze Alesio Da Silvanın baş məşqçi olduğu kollektiv Slovakiya yığması ilə qarşılaşacaq. Bakı İdman Sarayında keçiriləcək matç saat 20:00-da başlayacaq və İdman TV ilə canlı yayımlanacaq. Görüşü Ondrjey Çernı (Çexiya), İnqus Purinş (Latviya) və İnqo Hemsotdan (Almaniya) ibarət hakimlər briqadası idarə edəcək.

İlk 2 turdan sonra Slovakiya və Azərbaycan milliləri hərəyə 6 xalla qrup lideridirlər. Hər iki komanda elit-raunda vəsiqəni təmin edib. Bugünkü matç qrup liderinin müəyyənləşdirilməsi baxımından əhəmiyyətli olacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR