Türkiyə Super Liqasında iki günə üçüncü istefa

Türkiyə Super Liqasında iki günə üçüncü istefa
18:57 29 Oktyabr 2019
114 İdman
Ölkə mətbuatı
A- A+

Türkiyənin "Gənclərbirliyi" klubu da baş məşqçisiz qalıb.

Milli.Az xəbər verir ki, Mustafa Kaplan istefa verib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Kaplan komandanın uğursuz çıxışına görə vəzifəsindən ayrılıb.

"Gənclərbirliyi" Super Liqada 9 turdan sonra 6 xalla 17-ci sırada qərarlaşıb. 

Qeyd edək ki, bu, son iki gündə Super Liqada üçüncü baş məşqçi istefasıdı. Bu gün Tamer Tuna "Göztəpə"dən ayrıldığını elan edib. Sonuncu pillədə qərarlaşan "Kayserispor"un baş məşqçisi Samet Aybaba da dünən istefa vermişdi.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/798046.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR