Maykl Pompeo Almaniya kansleri ilə Suriyadakı vəziyyəti müzakirə edəcək

Maykl Pompeo Almaniya kansleri ilə Suriyadakı vəziyyəti müzakirə edəcək
15:47 1 Noyabr 2019
78 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ dövlət katibi Maykl Pompeo noyabrın 8-də Almaniyaya səfər edəcək.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Almaniya Nazirlər Kabinetinin nümayəndəsi Martin Fits məlumat verib.
Onun sözlərinə görə, Almaniya kansleri Angela Merkel Maykl Pompeonu qəbul edəcək: “Danışıqların əsas mövzusu ikitərəfli münasibətlər, beynəlxalq aktual məsələlər olacaq. Pompeo Almaniyanın xarici işlər naziri Hayko Maas, müdafiə naziri Anneqret Kramp-Karrebauer, eləcə də maliyyə naziri Olaf Şolsla da görüşəcək”.
Nazirlər Kabinetinin sözçüsü görüş zamanı Suriyanın şimalında təhlükəsizlik bölgəsinin yaradılması məsələsinin müzakirə olunacağını da ehtimal edib. 

Xəbərin orijinal ünvanı: https://report.az/region/maykl-pompeo-almaniyaya-sefer-edecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR