Rusiyada ÜDM-in azalması Ermənistan iqtisadiyyatını da zəiflədəcək

Rusiyada ÜDM-in azalması Ermənistan iqtisadiyyatını da zəiflədəcək
17:18 16 Yanvar 2015
105 Dünya
Ölkə mətbuatı
A- A+


Bakı, 16 yanvar, AzərTAc
Moody's beynəlxalq reytinq agentliyi 2015-ci ildə Rusiyada ümumi daxili məhsulun (ÜDM) 5,5 faiz azalacağını proqnozlaşdırıb.
AzərTAc RİA Novosti informasiya agentliyinə istinadla xəbər verir ki, Moody's Rusiyada ümumdaxili məhsulunun azalmasının, həmçinin Ermənistan iqtisadiyyatını da zəiflədəcəyini ehtimal edir.
Agentliyin bəyanatında Rusiyada iqtisadi vəziyyətin Ermənistanın qızıl və valyuta ehtiyatlarına təsir edəcəyi qeyd olunur. “Rusiya iqtisadiyyatında kəskin zəifləmə, pul köçürmələri axınının azalması Ermənistanın qızıl və valyuta ehtiyatlarına potensial təzyiq göstərə bilər” – Moody's beynəlxalq reytinq agentliyinin bəyanatında bildirilir.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Rusiyada_UDM_in_azalmasi_Ermenistan_iqtisadiyyatini_da_zeifledecek-825338

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR