Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Qətərə yola düşüb.
Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətindən Publika.az-a verilən məlumata görə, E.Məmmədyarov İslam Əməkdaşlıq Təşkilatının Somali üzrə Təmas Qrupunun nazirlər iclasında iştirak edəcək.