“Baku Fashion Expo Midseason 2019” - “Azərbaycanın dəb yaradıcıları” fotolayihəsi

“Baku Fashion Expo Midseason 2019” - “Azərbaycanın dəb yaradıcıları” fotolayihəsi
19:05 5 Noyabr 2019
Ölkə mətbuatı
A- A+

Noyabrın 15, 16 və 17-də Bakıda ölkənin ən hərtərəfli dəb layihəsi olan "Baku Fashion Expo"nun ikinci mövsümü baş tutacaq. Layihə onunla fərqlənir ki, yaradıcılıq və dəb sahəsi üçün maksimim sərbəst platforma kimi xidmət edir və özünüifadənin bütün formaları - sərgilər, installyasiyalar, ustad dərsləri, dəb nümayişləri və dizaynerlərin şourumu - ilə zəngindir. Bütün ziyarətçilər bu mövsüm nəinki Azərbaycanın ən parlaq dizaynerlərinin dəbli eskponatlarını görə biləcəklər, həm də özləri üçün dəb dünyasının kulisarxasını kəşf edəcəklər.

"Baku Fashion Expo"nun keçirələcəyi "Baku Business" zalında istedadlı azərbaycanlı fotoqraf Pənah Mehdinin işlərindən ibarət müvəqqəti ekspozisiya yerləşdiriləcək. P.Mehdi öz işlərində dəb əşyalarının yaradılmasının yaradıcılıq prosesini əks etdirib. Eksperimentdə iştirak edən dizaynerlər arasında həm bazarda çoxdan möhkəmlənmiş tanınmış adlar, həm də özlərinin "Azərbaycanın dəb yaradıcıları" yaradıcılıq yoluna yenicə başlayan gənc dizaynerlər var. Layihədə "Fakhriya Khalafova", "Sabina Zulalova", "Gunel Behbudova", "Zumrud Mirzaliyeva", "Natavan Aliyeva", "Gunay Bornak", "Limpero", MMMDN və "Sida" markalarını təmsil edən dizaynerlər iştirak ediblər. Fotosərgidən başqa, layihə çərçivəsində dizayner şourum da təqdim ediləcək. Hər bir ziyarətçi şourumda birbaşa podiumdan geyim əldə edə biləcək. Qonaqlar, həmçinin sahənin qabaqcıl peşəkarlarının pulsuz ustad dərslərində iştirak edə və hətta dəb haqqında tanınmış filmlərə baxa biləcəklər. 

"Non Stop Creative Agency", "Baku Business Center", yeni "Yoga" modeli ilə "Lenovo",YAR, "Dastan", "Phobia VR" və "Class A fashion school"un dəstəyi ilə keçiriləcək tədbirin təşkilatçısı qismində Azərbaycan Dəb Dizaynerləri Assoasiyası çıxış edir. Xatıradaq ki, "Baku Fashion Expo" Azərbaycan Dəb Dizaynerləri Assoasiyasının illik layihəsidir və ildə iki dəfə keçirilir, bu da dizaynerlərə həm Azərbaycanda, həm də uzaq xaricdə özlərini maksimum şəkildə göstərməyə imkan verir.

İnformasiya dəstəyi -  Trend.az, Day.az, Milli.az, Azernews.az

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/799850.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR