SMS xidmətləri bizə hansı məlumatları almaqda kömək edir?

SMS xidmətləri bizə hansı məlumatları almaqda kömək edir?
22:57 5 Noyabr 2019
Ölkə mətbuatı
A- A+

Hələ lap qədimdən insanlar müxtəlif vasitələrlə ünsiyyət qurmağa çalışırdılar. Əvvəlcə ocaq qalayaraq bir-birinə xəbər çatdıran insanlar, sonra məlumatı xüsusi şəxslər vasitəsilə ötürməyə başladılar. Daha sonra məktub, teleqram, telefon və s.

Mobil telefonlarda ismarıclar ancaq SMS vasitəsilə göndərilirdi. İndi isə bunun üçün bir çox vasitə var: "Whatssap", "Messenger", "Telegram" və başqaları. Buna baxmayaraq, SMS xidməti də öz aktuallığını itirməyib. Hazırda biz SMS vasitəsilə bir çox məlumatlar əldə edə bilirik. Bəs bunlar hansı məlumatlardır? Bizim üçün vacib olan hansı informasiyanı evimizdən çıxmadan ala bilərik?

1. Hərbi xidmətə çağırış

Milli.Az ted.az-a istinadən bildirir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) İctimaiyyətlə əlaqələr şöbəsindən aldığımız məlumata əsasən bildiririk ki, vətəndaşlar təyin olunmuş nömrəyə SMS sorğusu göndərməklə keçəcəkləri hərbi xidmətlər barədə məlumat ala bilərlər. Yəni vətəndaşlar xidmət edəcəkləri hərbi hissə, hətta qoşun növü barədə də xəbərdar edilir. Onu da qeyd edək ki, Dövlət Xidmətinin rəsmi internet saytı üzərindən də bu informasiyanı əldə etmək mümkündür.

2. Bank kartınızda aparılan əməliyyat

  • Həmin vəsait hesaba nə zaman mədaxil edilmişdir?
  • Harada və nə zaman xərclənib?
  • Kartla keçirilən əməliyyatların təhlükəsizliyini artırmaq?

Bu cür suallar sizi narahat edirsə SMS-xəbərdarlıq xidmətinə qoşula bilərsiniz. Bu şəxsi hesabınız, pul köçürmələri və xərcəmələriniz haqqında məlumat almağın ən rahat yoludur. Qeyd edək ki, bu "Azərpoçt" MMC-nin mәlumatlandırma xidmәtidir. Bu xidmət sizə evdən və ya ofisinizdən çıxmadan hesabınızı idarə etməyə imkan verir. Hesabınıza pul vәsaiti mədaxil, yaxud hesabınızdan məxaric edildiyi zaman mobil telefonunuza әmәliyyat haqqında mәlumat verәn SMS göndәrilәcәk. Belәliklә, siz әmәk haqqınızın ödәnildiyini, pul köçürmәsinin gәldiyini vә digәr kart әmәliyyatları barədə dərhal xәbәrdar ediləcəksiniz. Hәftәnin 7 günü vә günün 24 saatı, mәkandan vә zamandan asılı olmayaraq ödəniş kartınızın hesabı nәzarәtiniz altında olacaq.

3. Əmlak Məsələləri Dövlət Komitəsinin xidmətləri

Komitə vətəndaşlara daşınmaz əmlakla bağlı bir sıra əməliyyatlar zamanı dərhal məlumat almaq imkanı yaradır. Komitədən verilən məlumata görə, məlumatı əldə etmək üçün internet tələb edilmir. Bu zaman 9193 SMS nömrəsi sizin köməyinizə çatır. Xidmət vasitəsilə daşınmaz əmlakın qeydiyyatı ilə bağlı tələb olunan xidmət haqqını və icra vəziyyətini öyrənmək mümkündür. Eyni zamanda vətəndaş dövlət əmlakının icarəyə verilməsi ilə bağlı dövlət əmlakının istifadəsi müqabilində verilən icarə haqqı borcu ilə bağlı informasiyanı əldə edə bilər.

4. "Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası" üzrə bağlanan müqavilənin mövcudluğu barədə mobil rabitə xidməti

Siz 9707 SMS xidmətindən istifadə edərək müqavilə haqqında təsdiqləyici bilgi, həmçinin müqavilədə əks olunan digər məlumatları əldə edə bilərsiniz. Bu xidmət üçün bir SMS-in qiyməti 0.16 AZN (ƏDV daxil) təşkil edir.

5. SMS-radar xidməti

Zənnimcə bu xidmət kifayət qədər əhəmiyyətlidir. Bu xidmət 5 may, 2017-ci ildən ölkəmizdə fəaliyyət göstərir. Xidmət sutkanın 24 saatı avtomobilin cərimələrindən anında xəbərdar olmağa şərait yaradır. SMS Radar xidmətinə qoşulmaq istəyən Azercell, Bakcell və Nar Mobile abonentləri cərimə məlumatlarını əldə etmək istədiyi nəqliyyat vasitəsinin nömrəsini (misal: 00XX000) SMS-lə 5666-a göndərir. Daha sonra SMS Radar xidmətinə məxsus qısa nömrədən gələn avtomatik cavab mesajının tələbi olaraq həmin avtomobilin texniki pasport nömrəsini (misal: AA000000) SMS-lə 5666-a göndərməlidir. Bundan sonra avtomobil barədə vacib məlumatları heç yerə getmədən əldə edirsiniz.

Bu məlumatlar aşağıdakılardır:

1. Avtomobiliniz radara düşəndə və ya digər qayda pozuntusu;

2. Qərarsız protokollar Qərarlı olanda;

3. Protokol ödəniləndə elektron qəbz;

4. Sual-Cavab bölməsində pulsuz huquqi yardım;

5. Texniki baxışın bitmə vaxtı;

6. Həbsin olub olmamasını;

7. İcbari sığortanın olub olmamasını.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/798981.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR