"Report"un məlumatına görə, o, "Kapital Bank" ASC-də yeni vəzifəyə təyinat alıb.
Məlumata görə, oktyabrda gerçəkləşən təyinat nəticəsində A.Kojevnikov Bankın Rəqəmsal məhsullar mərkəzinin meneceri olub.
Hazırda "Milli Kart"da A.Kojevnikovun yerinə təyinat yoxdur.
Qeyd edək ki, 2018-ci ilin sentyabrından "Milli Kart"da çalışan Aleksandr Kojevnikov ondan öncə "Access Bank" QSC, "Nikoil Bank", ASC, "Bank Standard" QSC və "Bank Respublika" ASC-də çalışıb.