"Yüyürək at özünə qamçı vurdurmaz, qadın döyülübsə, öz günahı olmamış deyildir"

"Yüyürək at özünə qamçı vurdurmaz, qadın döyülübsə, öz günahı olmamış deyildir"
13:37 6 Noyabr 2019
80 Ölkə
Ölkə mətbuatı
A- A+

Xoşqədəm Hidayətqızının "Səni axtarıram" proqramında ekspert qismində iştirak edən Sabir Əlihüseynlinin çıxışı hiddətlə qarşılanıb.

Milli.Az baku.ws-ə istinadən xəbər verir ki, akademik və fəlsəfə doktoru kimi təqdim edilən alim proqrama kömək üçün üz tutan qadının əri tərəfindən vəhşicəsinə döyülməsinə haqq qazandırıb.

"Ata-baba misalımız var: "Yüyrək at özünə qamçı vurdurmaz". Bu qadın döyülübsə, öz günahı olmamış deyildir!"

Ziyalı birinin qadını atla müqayisə etməsi və şiddəti dəstəkləməsi hər kəs tərəfindən təəssüflə qarşılanıb. Onun belə bir fikir səsləndirməsi qadınların qəzəbinə səbəb olub və sosial şəbəkənin qadın istifadəçiləri ona etiraz ediblər.

Qeyd edək ki, Sabir Tağıyev (Əlihüseynli) Azərbaycan Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunun böyük elmi işçisi, fəlsəfə doktoru, pedoqoji elmlər namizədidir.

Milli.Az

 

Xəbərin orijinal ünvanı: https://news.milli.az/society/800149.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR