Kəfən geyinib tabuta girirlər: SƏBƏBİ isə...

Kəfən geyinib tabuta girirlər: SƏBƏBİ isə...
07:42 8 Noyabr 2019
Ölkə mətbuatı
A- A+

Cənubi Koreyada dəfn ləvazimatları şirkətinin 7 il əvvəl başlatdığı "canlı cənazə" terapiyası seanslarında 25 mindən çox adam iştirak edib.

Milli.Az xəbər verir ki, seanslara qatılanlar həyatın dəyərini anlamaq üçün kəfən geyinib 10 dəqiqə tabutun içində qalırlar. Paytaxt Seuldakı Hyovan Terapiya mərkəzində təşkil olunan seanslara hər yaşda olan şəxslər maraq göstərir.

Onlardan biri olan Çoy Jin-kyu adlı tələbə seansdan sonra həyata daha fərqli gözlə baxdığını dilə gətirib. O, insanları dost yox, rəqib kimi görməli olduğumuzu bildirib. (publika.az)

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/800406.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR