Bakı. Cani Babayeva - Trend:
Ümid edirəm ki, Beynəlxalq Gimnastika Federasiyasının (FIG) Akademiyasının aerobika gimnastika üzrə ikinci səviyyəli məşqçi kurslarının iştirakçıları imtahandan uğurla keçəcək və gələn il üçüncü səviyyə kurslarında iştirak edəcəklər.
Bunu Trend-ə aerobika gimnastika üzrə komandamızın baş məşqçisi, FIG Akademiyasının eksperti Mariyan Kolev deyib.
M.Kolev bildirib: "Keçən il Bakıda aerobika gimnastikası üzrə birinci dərəcəli kursları keçirilib, indi ikinci dərəcəli kurslar keçirilir. Ümid edirəm ki, bütün iştirakçılar imtahanları yaxşı keçsələr növbəti, üçüncü dərəcəyə keçəcəklər. Üçüncü səviyyəli kurslar Bakıda təşkil olunmağına şad olacam".
FIG Akademiyasının eksperti qeyd edib ki, kurslarının hər dərəcələri arasında bir il keçməlidir:
"Mən və FIG Akademiyasının eksperti Katya Lemos praktik dərslər keçirir, idmançı hazırlamaq, kompozisiya hazırlamaq barədə danışırıq və kurs rəhbəri, FIG Akademiyasının eksperti Olqa Kiseloviçova anatomiya, fiziologiya və biomexanika üzrə nəzəri dərslər keçirir".
Aerobika gimnastika üzrə Azərbaycan yığma komandasının baş məşqçisi deyib ki, məşqçi kurslarında 19 nəfər iştirak edir, onlardan 11 nəfəri Azərbaycan təmsilçiləridir:
"FIG Akademiyasının kursları sayəsində məşqçilər bir çox faydalı və zəruri məlumatlar əldə edirlər".
O vurğulayıb ki, indi milli komandanın üzvləri 2020-ci ilin mayında Bakıda keçiriləcək Dünya Kuboku üçün yeni bir proqram hazırlayır:
"Azərbaycan gimnastlarının aero-dans proqramında bu il Bakıda keçirilən aerobika gimnastikası üzrə 11-ci Avropa Çempionatında birinci yeri qazanmasından şadam və razıyam".
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin