"Qarabağ"ın Avropa Liqasının 4-cü turunda səfərdə APOEL-lə qarşılaşdıqları oyunda (1:2) zədələnən futbolçular Dani Kintana və Miçelin durumu müəyyənləşib.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, Kipr təmsilçisi ilə matçın 16-ci dəqiqəsində zədələnərək meydanı tərk edən Kintana 3-4 həftə yaşıl meydanlardan uzaq qalacaq. Oyunun 83-cü dəqiqəsində zədə səbəbindən meydanı tərk edən Miçelin isə durumu ciddi deyil.
Qeyd edək ki, hər iki futbolçunun əzələsi dartılıb.
Milli.Az