Genesis GV80 modeli Nürburqrinqdə sınaqdan keçirilir - VİDEO

Genesis GV80 modeli Nürburqrinqdə sınaqdan keçirilir - VİDEO
21:05 9 Noyabr 2019
125 Maraqlı
Ölkə mətbuatı
A- A+

Genesis markasının vəziyyətini tamamilə dəyişəcək GV80 krossoverinin Nürburqrinqin "Şimal ilgəyində" keçirilən testləri intensivləşib. Automotive Mike kanalıda dərc edilmiş videoçarxda avtomobilin ön fənər və qəza işıqlarının sürətli şəkildə sayrışdığı görünür.

Lakin, avtomobilin arxa işıqları daha yeyin şəkidə sayrışır. Adətən belə sayrışma sürücünün təcili əyləcləməni tətbiq etdiyi zaman baş verir. Çox güman ki, protoipin elektrik naqillərində nasazlıq vardır. Bildiyimiz kimi, sınaq aparan mühəndislərin əsas vəzifəsi belə nasazlıqları aradan qaldıraraq sistemlərin tənzimlənməsini həyata keçirməkdir. Bununla belə, biz fənərlərin naxışlarını, dam xətti boyu uzanan üçüncü əyləc işığını və ikimərtəbəli ön və arxa işıq texnikasını görə bilərik.

Milli.Az autograph.az-a istinadən bildirir ki, bir müddət bundan öncə Seulda keçirilmiş konfransda Hyundai şirkəti yeni premium krossoveri olan Genesis GV80 modeli barədə məlumat verib. Yeni krossover üç modifikasiyada təklif ediləcəkdir. Genesis GV80 krossoveri iki benzin və bir dizel aqreqatı ilə təchiz olunacaqdır.

Hələlik, Koreya markası üç mühərriki təsdiq edib. Bunlar 290 at qüvvəli 2,5-litrlik və 380 at qüvvəli 3,5-litrlik benzin turbomühərrikləri, həmçinin 280 at qüvvəli sıralı 3,0-litrlik dizel aqreqatıdır. Bütün mühərriklər iki yaş muftası olan yeni səkkiz pilləli robotlaşdırılmış ötürmələr qutusu ilə tandemdə çalışacaqdırlar. Sonradan bu qutu Genesis G80 sedanında da quraşdırılacaqdır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/799113.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR