"Tehran nüvə silahı əldə etməyə çalışmayacaq"

"Tehran nüvə silahı əldə etməyə çalışmayacaq"
09:32 10 Noyabr 2019
64 Dünya
Ölkə mətbuatı
A- A+

İran heç bir halda nüvə silahı istehsal və ya əldə etməyəcək.

Milli.Az bildirir ki, Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bunu İran Xarici İşlər Nazirinin müavini Abbas Araqçı bildirib.

A. Araqçı deyib: "Əslində, Birgə Hərtərəfli Fəaliyyət Planının (BHFP) müddəti yoxdur. İranın nüvə silahı əldə etməyə səy göstərməmə öhdəliyi daimidir, bu, BHFP-nin ən birinci bəndində deyilir. Bənddə bildirilir ki, İran heç bir halda nüvə silahını istehsal və ya əldə etməyəcəyini təsdiq edir".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/801140.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR