Ağ Ev Donald Trampla Ukrayna Prezidenti Vladimir Zelenski arasında baş tutan telefon danışığının növbəti stenoqramını tezliklə dərc edəcək.
Milli.Az virtualaz.org-a istinadən bildirir ki, bunu ABŞ lideri Donald Tramp özü deyib.
O, ukraynalı həmkarı ilə iki dəfə telefonda danışdığını etiraf edərək, yeni stenoqramın 12 noyabrda yayımlanacağını bildirib: "Növbəti stenoqram çıxacaq. Bu, çox vacibdir. Zelenski ilə iki dəfə telefonda danışmışam".
Qeyd edək ki, ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri, demokrat Nensi Pelosi Donald Trampın impiçmenti proseduruna başladıqlarını bəyan edib. O, Ukrayna Prezidenti Vladimir Zelenski ilə Trampın 2019-cu ilin iyulundakı telefon danışığını impiçment üçün əsas hesab edir. Məlumata görə, Donald Tramp sabiq vitse-prezident və ABŞ prezidentliyinə demokrat namizəd Co Baydenin Ukraynada biznes fəaliyyəti ilə məşğul olan oğlu ilə bağlı araşdırılma aparılması üçün Zelenskiyə təzyiq edib.
Milli.Az