Pirallahı rayonunda bıçaqlanma hadisəsi baş verib.
“Report” xəbər verir ki, naməlum şəraitdə bədənin müxtəlif nahiyələrinə bıçaq zərbələri alan Hüseynov Rafail təcili yardımın köməyilə xəstəxanaya çatdırılıb.
O, əməliyyat olunsa da, həkimlər vəziyyətinin ağır olduğunu bildirir.
Fakla bağlı Pirallahı Rayon Polis Şöbəsində araşdırma aparılır.
Ramin Şahbazov