Əməkdar artist Kəmalə Müzəffərin qızı Banuçiçəyin dünən toyu olub.
Publika.az xəbər verir ki, restoranların birində keçirilən toyda əməkdar artistin yaxınları və sənət dostları da iştirak edib.
Aktyorlardan Tural Əhməd, Nicat Kazımov, Elnur Kərimli, Səmimi Fərhad, Zülfiyyə Eldarqızı, Firdovsi Atakişiyev və başqalarının iştirak etdiyi toydan fotolar sosial şəbəkələrdə yayılıb. Məclisin ən yaddaqalan məqamlarından biri artistin qızı üçün “Her şey seninle güzel” mahnısını ifa etməsi olub. Göz yaşlarını saxlaya bilməyən toyun qəhrəmanı - aktrisanın qızı anasının bu ifasından təsirlənib.