Uzunömürlülük sirri: ömrünüzü ən azı yeddi il uzadacaq 4 FƏND

Uzunömürlülük sirri: ömrünüzü ən azı yeddi il uzadacaq 4 FƏND
17:03 11 Noyabr 2019
83 Digər
Ölkə mətbuatı
A- A+

Optimizm, yaşından, cinsindən, sosial-iqtisadi vəziyyətindən və sağlamlıq vəziyyətindən asılı olmayaraq insan ömrünü orta hesabla 7,5 il uzadır.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, Yale Universitetinin alimləri geniş bir araşdırma zamanı bu nəticəyə gəlib. Daha uzun və daha xoşbəxt həyat sürmək istəyirsinizsə, hər gün aşağıdakı davranışları etməyi məsləhət görürük.

1. Sosiallaşma

Həftədə ən azı bir dəfə işdən kənar dostları ilə görüşən insanlar daha uzun yaşayır, özlərini yaxşı vəziyyətdə saxlayır. Onların infarkt keçirmək riski daha azdır. Məlum olub ki, dostunuzla hətta sadə bir telefon danışığı qan təzyiqini və stress hormonun kortizol səviyyəsini normallaşdırır.

Alimlər sübut edib ki, uzunmüddətli dostluq əlaqələri idman etmək və ya siqareti tərgitmək qədər fiziki sağlamlığa müsbət təsir göstərir. Odur ki, dostlarınızla süfrə arxasında görüşməyə dəyər.

2. Şükranlıq və minnətdarlıq

Xoşbəxt anları qeyd etməklə əhvalınızı yaxşılaşdırırsınız. Minnətdar olduğunuz hər şeyi, hətta ən xırda hadisələri də xatırlayın. Beləliklə, daha nikbin və xoşbəxt olacaqsınız.

Tədqiqatlar göstərib ki, minnətdarlıq etməyi bacaran insan fiziki cəhətdən özünü daha möhkəm hiss edir. Həm də qəzəbə qarşı immunitetə malikdirlər.

Ancaq mütəxəssislər minnətdarlığın həddini aşmamağın vacib olduğunu da vurğulayıb. Dəftərinizə həftədə bir dəfə “Təşəkkür edirəm” qeydini yazmaq daha yaxşıdır.

3. Xeyirxah əməllər

Gündə beş xeyirxah əməl sizi daha da xoşbəxt edəcək sehrli nömrədir. Hətta ən sadə şeylər də ola bilər: avtobusda yaşlı bir şəxsə və ya hamiləyə yer verin, iş yoldaşınız üçün bir fincan qəhvə dəmləyin, imkansız şəxsə pul verin. Bu əməllərlə həm öz gününüzü, həm də başqasının gününü uğurlu edəcəksiniz. Yardımlarınız üçün özünüzə təşəkkür edin, onda özünüzü yaxşı hiss edəcəksiniz.

4. Gözəl anları təkrarlayın

Keçmişdə yaşanan xoşbəxt anları kağıza yazaraq, ömrünüzü uzada bilərsiniz. Məişət qayğılarının arasında bütün uğurları xatırlamaq dərhal özünə inamı artıracaq.

Qeyd etmək lazımdır ki, bəzən əvvəllər baş vermiş pisliyi xatırlatmaq da eyni dərəcədə vacibdir. Bir neçə ildən sonra romantik münasibətlərin bitməsinin və ya işdəki uğursuzluğun səbəblərini daha aydın görə biləcəksiniz. Nəticədə bu "məğlubiyyətlər"in əslində yeni qapıları açdığını və yeni imkanlar təqdim etdiyini başa düşəcəksiniz.

Keçmişlə barışa bilsəniz, gələcəkdə çətinliklərin öhdəsindən gəlmək daha asan olacaq.

Aytən Məftun


Xəbərin orijinal ünvanı: https://publika.az/news/maraqliinanc/295799.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR